-
- 14-06-2019, 11:00
- 737
DSX-nın bu qulluqçularının 1 xidmət ili 2 il kimi hesablanacaq
Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarında dəyişiklik edib.
News24.az xəbər verir ki, dəyişiklik zabit və sıravi heyətə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə əlaqədardır.
Qərara əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. İndiyə qədər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilib və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılıblar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.
Bundan sonra Dövlət Sərhəd Xidmətinin (DSX) döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən zabitlərinə və sıravi heyətinə də bu güzəşt şamil ediləcək. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçiriləcək və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılacaqlar. Bu halda da həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.