-
- 19-09-2024, 19:56
- 660
Yüksək kalium mənbəyi olan qidalar - skelet və əzələ sisteminin ən böyük dostu
Kalium bədənimiz üçün çox vacib olan bir mineraldır. Əzələ funksiyalarının tənzimlənməsindən sinir keçiriciliyinə, hüceyrə su balansının qorunmasından ürək ritminin saxlanmasına qədər bir çox həyati funksiyalarda rol oynayır.
News24.az yüksək kalium mənbəyi olan 10 qidanı təqdim edir:
1. Banan:
Kalium dedikdə ağıla ilk gələn qidalardan biri banan olur. Orta ölçülü banan təxminən 400-450 mq kalium ehtiva edir və gündəlik ehtiyacınızı ödəməyə əhəmiyyətli töhfə verir. Banan asanlıqla əldə edilə bilən və praktik qəlyanaltı olduğundan, tez-tez kaliumla zəngin pəhrizlərə daxil edilir.
2. Avokado:
Avokado yalnız sağlam yağları ilə deyil, tərkibindəki kaliumla da diqqət çəkən bir meyvədir. Bir orta avokadoda təxminən 900 mq kalium var ki, bu da bir çox qida ilə müqayisədə olduqca yüksəkdir. Bundan əlavə, avokado ürək sağlamlığına fayda verən antioksidanlar və liflə zəngindir.
3. İspanaq:
Yaşıl yarpaqlı tərəvəzlər arasında kaliumla zəngin olan ispanaq dəmir və vitamin baxımından da çox faydalıdır. Bir fincan bişmiş ispanaqda təxminən 800 mq kalium var. Buna görə də, ispanaq gündəlik kalium ehtiyaclarınızı ödəmək üçün əla bir qaynaqdır.
4. Şirin kartof:
Şirin kartof kaliumun tərkibinə görə digər kartof növlərinə daha zəngin alternativdir. Orta ölçülü şirin kartofda təxminən 500-550 mq kalium var. Lif, A vitamini və antioksidant baxımından da çox faydalı olan şirin kartof, kaliumla zəngin bir pəhrizə əlavə edilə bilər.
5. Balqabaq:
Balqabaq aşağı kalorili qida olsa da, kaliumla zəngindir. Xüsusilə yay balqabağı, bişmiş porsiyada təxminən 300-400 mq kalium təmin edir. Həzmi dəstəkləyərkən kalium ehtiyaclarınızı ödəmək üçün yaxşı seçim ola bilər.
6. Qatıq:
Qatıq həm kalsium, həm də kalium baxımından zəngin bir qidadır. Bir stəkan qatıqda təxminən 500 mq kalium ola bilər. Qatıq probiyotiklərlə zəngin olduğu üçün həzm sisteminə də fayda verir. Qatıqla meyvə və qoz-fındıq istehlak edərək kalium qəbulunuzu daha da artıra bilərsiniz.
7. Somon:
Qızıl balıq təkcə omeqa-3 yağ turşuları və zülal baxımından deyil, həm də tərkibindəki kalium baxımından qiymətli qidadır. Bir porsiya bişmiş qızılbalıq təxminən 600-700 mq kalium təmin edir. Ürək sağlamlığını dəstəkləyən və əzələ funksiyalarına qatqı təmin edən qızılbalıq kaliumla zəngin qidalarda əhəmiyyətli yer tutur.
8. Ərik qurusu:
Qurudulmuş meyvələr arasında kaliumla zəngin olan ərik qurusu 100 qramında təxminən 1200 mq kalium ehtiva edir. Dəmir və liflə də zəngin olan ərik qurusu şirin istəkləri sağlam şəkildə qarşılamaq üçün əla alternativdir.
9. Pomidor:
Pomidor təzə və ya bişmiş halda istehlak edildikdə kalium baxımından çox faydalı qidadır. Xüsusilə, pomidor sousu və ya püresi təzə pomidordan daha yüksək kalium tərkibinə malikdir. Bir fincan pomidor püresi təxminən 800-900 mq kalium təmin edir.
10. Lobya və mərci:
Paxlalılar arasında lobya və mərci kaliumla ən zəngin qidalardır. Bir porsiya lobya təxminən 600 mq kalium ehtiva edir. Eyni şəkildə, mərci də eyni miqdarda kalium təmin edir. Paxlalılar kaliumla zəngin olduğu kimi, həm də bitki zülalının mənbəyi olduğu üçün balanslaşdırılmış qidalanmada mühüm yer tutur.
Məryəm İlhamqızı
News24.az
Qaynar xətt: 099 270 77 77