Kaliumla zəngin 6 qida
    • 17-09-2024, 23:05
    • 563

Kaliumla zəngin 6 qida

Sürətlə inkişaf edən dünyada biz çox vaxt özümüzə qulluq etməyi unuduruq. Məşğul iş rejimimiz sağlamlığımıza diqqət yetirməyimizi çətinləşdirir və buna görə də qida çatışmazlığı yaranır. Sağlam bir orqanizmə olmaq üçün kalium lazımdır. Bəzi qidalar vardır ki, onlar kaliumla zəngindir.

News24.az "Unikal"-a istinadla kaliumla zəngin olan qidaları təqdim edir:

1. Göyərti

Tədqiqatlara əsasən, brokoli, ispanaq kimi göyərtilər qan təzyiqini idarə etmək və çəkini tarazda saxlamaq üçün olduqca faydalıdır.

2. Banan

Bananda yüksək miqdarda kalium vardır və o qan təzyiqinə nəzarət etmək,lif ehtiyatı baxımından faydalıdır. Meyvələr, tərəvəzlər və toxumlar kalium mənbəyi hesab olunur.

3. Şirin kartof

Şirin kartof 100 qramında 337 mq kalium ehtiva edir və bu qan təzyiqini idarə etməyə, həmçinin böyrək funksiyalarını yaxşılaşdırmağa kömək edir. Şirin kartof, həzm və ürək sağlamlığı üçün də faydalıdır.

4. Kokos şirəsi

Kakos suyu kalium, natrium və maqneziumla zəngindir və təbii elektrolit mənbəyi hesab olunur. O, qan təzyiqini idarə etməyə, ürək sağlamlığını yaxşılaşdırmağa və çəkini sağlam idarə etməyə kömək edir.

5. Nar

Nar kalium, protein, C və K vitaminləri ilə zəngindir. O, həmçinin, ürək sağlamlığını yaxşılaşdırmağa, qan təzyiqini idarə etməyə və arıqlamağa kömək edir.

6. Balıq

Balıq omeqa-3 yağ turşularının mənbəyidir. O, ürək problemləri riskini azaldır, qan təzyiqini tənzimləyir və yaddaşı yaxşılaşdırmağa kömək edir.