Taxta mebelləri bu vasitələrlə SİLMƏYİN
    • 19-09-2024, 18:50
    • 921

Taxta mebelləri bu vasitələrlə SİLMƏYİN

Ev təmizliyinə gəlincə, yuyucu vasitələrlə və təbii üsullarla təmizləmə də daxil olmaqla bir çox fərqli təmizlik təklifləri ortaya çıxır. Ev təmizliyində istifadə etdiyimiz üsullarla bağlı bəzi yanlış təsəvvürlər var. Evimizin hər yerini eyni materiallarla təmizləyə bilmədiyimiz kimi, evin hər yerində hər təmizləyici məhsuldan istifadə edə bilmərik.

News24.az xəbər verir ki, bu nöqtədə ən diqqətli olunması lazım olan sahələr taxta mebellərin təmizlənməsidir. Taxta mebelləri təmizləyərkən istifadə edilən bəzi məhsullar bu yerləri təmizləmək əvəzinə mebelin zədələnməsinə səbəb olur.

Taxta yerlərdə istifadə edilməməsi lazım olan bu məhsul alma sirkəsinin özüdür. Alma sirkəsi taxta mebellərdə təmizlik məqsədi ilə istifadə edildikdə, bu sahədə konstruksiyaların pozulmasına və aşınmasına səbəb olur. 

Xüsusilə alma sirkəsi bu mənada problem yaratsa da, ağ sirkə və üzüm sirkəsi də tərkibindəki turşulu olması ilə səthdə korroziyaya səbəb olur. Taxta səthlərdə soda və limon kimi təbii üsullardan istifadə etməyi seçə bilərsiniz.

Sirkəni təmizləmək üçün istifadə edərkən toxunmaması lazım olan yeganə yer taxta səthlər deyil. Eyni zamanda mətbəxlərdəki mərmər səthlər sirkə ilə təmizlənməməlidir.

Sirkənin tərkibindəki güclü turşu dəyərləri mərmərdə də aşınma izlərinə səbəb olur.

Məryəm İlhamqızı