Sumqayıtda taxta sexində YANĞIN
    • 29-07-2020, 09:53
    • 511

Sumqayıtda taxta sexində YANĞIN

Sumqayıt şəhərində ümumi sahəsi 2000 m² olan taxta emalı sexində taxta altlıqlar 10 p.m və ümumi sahəsi 150 m² olan ikimərtəbəli tikilinin birinci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaq 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, sex və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.