-
- 14-06-2019, 15:48
- 759
Salam vermədiyinə görə ÖLDÜRÜLDÜ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Babək Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
News24.az "Report"a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
1990-cı ildə Kəlbəcər rayonunda anadan olan B.Həsənov ay və günü xatırlamadığını bildirib. O qeyd edib ki, orta təhsilli və subaydır, dəmirçi sexində işləyib.
Məlumatlar dəqiqləşdirilən zaman təqsirləndirilən şəxs ittiham aktının sürətini aldığını, ancaq bildiriş almadığını deyib. Bu səbəbdən məhkəmə iclası iyunun 18-dək təxirə salınıb.
Qeyd edək ki, B.Həsənov münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Aydın Seyidovu qətlə yetirməkdə ittiham edilir. Hadisə bu ilin fevral ayında Sumqayıtda baş verib. Tərəflər arasında yaranan mübahisəyə Tibb kollecinin arxasında olan çayxanada Aydının Babəkə salam verməməsi səbəb olub. Onlar mübahisələrini çayxananın arxasında davam etdiriblər və Babək Həsənov kəsici-deşici alətlə Aydını vuraraq öldürüb.
Şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilən Babək Həsənov törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib.
B.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.