-
- 20-09-2024, 12:26
- 232
“Hraparak”: Paşinyan növbəti vədini tutmadı
Ermənistanda uzun müzakirələrdən sonra Konstitusiya İslahatları Şurası yeni qərar qəbul edib. Bu qərara əsasən, hökumətin formalaşdırılması prinsipi qüvvədə saxlanılıb.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzetində yazı dərc olunub.
Qeyd olunur ki, Ermənistanda 2015-ci ildə qəbul edilən Konstitusiya dəyişikliyinə əsasən, parlament seçkilərində hər hansı partiya mandatların 50%-dən çoxunu ala bilmirsə və digər qüvvələrlə koalisiya yarada bilmirsə, o zaman qalib çoxluğu təşkil etmək üçün bonuslar alır.
“Paşinyan özü vaxtilə bu müddəaya qarşı çıxıb. Lakin yeni qərardan görünür ki, hakim “Vətəndaş sazişi”, “Respublika” partiyası və Ali Məhkəmə Şurasının nümayəndələri əvvəlki normanı qüvvədə saxlayıblar. Ermənistanın qərbpərəstləri Paşinyanın partiyasının növbəti seçkilərdə 50%-lik həddi aşa bilməyəcəyini bilirlər, ona görə də öz vədlərindən boyun qaçırıblar”, - deyə yazıda qeyd olunub.