-
- 19-01-2024, 14:30
- 195
Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan
Ermənistan Respublikasına yeni konstitusiya lazımdır, bu məsələ geniş müzakirə mövzusu olmalıdır.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.
“Fikrimcə, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, konstitusiyaya düzəlişlər yox, yeni konstitusiya. Ermənistan Respublikasında səsvermənin nəticələrinə əsasən Ermənistan Respublikası xalqı tərəfindən qəbul edilmiş konstitusiya olmalıdır ki, bu da şübhə yaratmamalıdır. Bu, həm də legitimliklə bağlı mühüm vurğudur”,- deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın yeni geosiyasi və regional şəraitdə onu daha rəqabətli və həyat qabiliyyətli edəcək konstitusiya olmalıdır.
Mehriban Mirzəzadə