Bakıda azyaşlıya qarşı zorakılıq edilib? - Bağçadan AÇIQLAMA
    • 20-09-2024, 14:11
    • 390

Bakıda azyaşlıya qarşı zorakılıq edilib? - Bağçadan AÇIQLAMA

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib.

News24.az bildirir ki, bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Qeyd edilib ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlını saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.

Məsələ ilə bağlı 290 nömrəli körpələr evi - uşaq bağçası News24.az-a məlumat verib. Bildirilib ki, 290 nömrəli körpələr evi - uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.

Qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.