Qarabağda ölən sülhməramlılarla bağlı son məlumat
    • 20-09-2024, 14:37
    • 594

Qarabağda ölən sülhməramlılarla bağlı son məlumat

“Ötən il Qarabağda keçirilən antiterror əməliyyatları zamanı rus sülhməramlılarının ölməsi ilə bağlı hər iki ölkədə cinayət işi başlanılıb və yaxın vaxtlarda məhkəmə prosesi keçiriləcək”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, istintaqın davam etdiyini bildirib:

“Baş Prokurorluq, Azərbaycan və Rusiyanın istintaq orqanları sıx əlaqədədirlər, cinayət işi çərçivəsində istintaq davam edir. Daha sonra ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, 2023-cü il sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rusiyalı hərbçilərinin olduğu avtomobil kiçik atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rusiyalı hərbçilər həlak olublar.

Sentyabrın 21-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Azərbaycan Prezidenti sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı rusiyalı həmkarına dərin hüznlə başsağlığı verib.