Meymunçiçəyi nəzarətdən çıxdı
    • 20-09-2024, 16:31
    • 500

Meymunçiçəyi nəzarətdən çıxdı

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) baş direktoru Jean Kaseya, onlayn mətbuat konfransında "Deyə bilərik ki, meymunçiçəyi Afrikada nəzarət altında deyil" dedi.

News24.az xəbər verir ki, Kaseya, ötən ilin eyni dövrü ilə müqayisədə 15 Afrika ölkəsində meymun çiçəyi hadisələrinin 177%, ölümlərin isə 38,5 % artdığını bildirib. 

Bildirilib ki, son bir həftədə 2 min 912 yeni yoluxma və 14 ölüm qeydə alınıb.

Son məlumatlara görə, bu il Afrikada 29 mindən çox hadisə və 738 ölüm qeydə alınıb.

Eyni zamanda, Afrika epidemiyanın yayılmasının qarşısını almaq üçün tərəfdaşlarından 10 milyon doza vaksin almağa ümid edir.

Onu da qeyd edək ki, bölgədə epidemiyadan ən çox təsirlənən ölkə Konqoda peyvəndləmə oktyabrın ilk həftəsində başlayacaq. Mərakeş sentyabrın 12-də meymun çiçəyi xəstəliyinin baş verdiyini bildirən sonuncu ölkə olub.

Günel Məlikzadə