-
- 20-09-2024, 22:23
- 449
Mərhum milyarder qadın işçilərini zorlayıb - İDDİA
Londonun ən məşhur univermağı “Harrods”un mərhum müdiri Məhəmməd Əl-Fayedə qarşı zorlama iddiaları səsləndirilib. Belə ki, bir vaxtlar həmin univermaqda işləyən 5 qadın milyarder tərəfindən zorlandıqlarını bildiriblər.
News24.az Lent.az-a istinadla bildirir ki, 20-dən çox keçmiş işçi ötən il dünyasını dəyişən 94 yaşlı biznesmenin onlara qarşı cinsi təcavüz etməsi barədə BBC-yə danışıblar.
“Harrods”un hazırki sahibləri iddialardan dəhşətə gəldiklərini bildirərək, üzr istəyiblər.
Əl-Fayedin sahibkarlıq karyerası Misirin İsgəndəriyyə küçələrində başlayıb və orada yoldan keçənlərə qazlı içkilər satıb. Lakin silah alverçisi olan Səudiyyə milyonçusunun bacısı ilə evliliyi ona yeni əlaqələr və biznes imperiyası qurmağa kömək edib.
O, 1974-cü ildə Böyük Britaniyaya köçüb və 1985-ci ildə “Harrods”un sahibi olanda artıq tanınmış ictimai xadim idi. 1990 və 2000-ci illərdə o, prime-taym televiziya və estrada şoularında qonaq qismində müntəzəm çıxışlar edib.
Məhəmməd Əl-Fayedin oğlu Doddi 1997-ci ildə Uels şahzadəsi Diana ilə birlikdə avtomobil qəzasında həlak olub.