Dünyada ən pis səhiyyə sistemi olan ölkə açıqlandı
    • 20-09-2024, 16:56
    • 516

Dünyada ən pis səhiyyə sistemi olan ölkə açıqlandı

ABŞ-da yerləşən Birlik Fondu fondu Avstraliya, Hollandiya, İngiltərə, Yeni Zelandiya, Fransa, İsveç, Kanada, İsveçrə, Almaniya və ABŞ-ın səhiyyə sistemlərini təhlil edib. 

News24.az xəbər verir ki, ən yaxşı 3 ölkə isə Avstraliya, Hollandiya və Böyük Britaniyadır. Onları Yeni Zelandiya, Fransa, İsveç, Kanada, İsveçrə və Almaniya izləyib. Paylaşılan diaqramda ABŞ-ın bu ölkələrin sonunda olduğu qeyd edilib.

Hesabatın digər diqqətçəkən hissəsi səhiyyə sisteminə ayrılan xərclər olub. Avstraliya səhiyyə sisteminə ən az pul xərcləyən, lakin ən yüksək göstəriciyə malik ölkə kimi görünür, ABŞ isə ən çox pul xərcləyən ölkə olub.

Hesabatda deyilir: “Ümumi reytinqi ən yüksək olan iki ölkə olan Avstraliya və Hollandiya da ÜDM-ə nisbətən ən aşağı səhiyyə xərclərinə malikdir. ÜDM-in daha çox hissəsini səhiyyəyə xərcləyən, lakin ümumi performansı ən pis olan Birləşmiş Ştatlar olub".

Hesabatda ABŞ xəstələrinin qısa ömür sürdüyü və ABŞ-ın ən çox 'qarşısı alına bilən ölümlərə' sahib olduğu qeyd edilib.

Günel Məlikzadə