-
- 20-09-2024, 17:09
- 227
Bu ölkədə sel suları parlament binasına çatdı
Polşa, Çexiya, Avstriya və Rumıniyada 24 nəfərin ölümünə səbəb olan "Boris" qasırğasının gətirdiyi güclü yağış Macarıstanı da vurub.
News24.az xəbər verir ki, paytaxt Budapeştdən keçən və suyun səviyyəsi son 24 saatda 1 metr yüksələn Dunay çayının daşması nəticəsində daşqın və daşqınlar baş verib.
Çay boyu bütün yollar və qatar stansiyaları bağlanıb, bərə hərəkəti dayandırılıb.
Sel suları çayın sahilindəki parlament binasının girişinə çatıb.
Daşqın səbəbiylə xaricdəki proqramlarını ləğv edən Macarıstanın Baş naziri Viktor Orban, ölkə daxilində çaylarda 540 kilometrlik ərazidə daşqınlara qarşı tədbir alındığını söyləyib.
Mətbuat konfransında Orban daşqınla mübarizə üçün Macarıstan Su İşləri İdarəsi və ordu personalı da daxil olmaqla 6 min peşəkarın səfərbər edildiyini açıqlayıb.
Orban bildirib ki, məhbuslara sellərə qarşı istifadə edilən qum torbalarını doldurmaq da tapşırılıb.
Orban, görülən tədbirlərin gələn həftənin cümə axşamına qədər qüvvədə qalacağını bildirib.
Səlahiyyətlilər sabah suyun səviyyəsinin pik həddə çatacağı ilə bağlı xəbərdarlıq edib.
Günel Məlikzadə