Ərdoğanın prezident seçilməsi üçün çox dua etdim - Orban
    • 2-06-2023, 14:16
    • 252

Ərdoğanın prezident seçilməsi üçün çox dua etdim - Orban

Macarıstanın baş naziri Viktor Orban Türkiyədəki prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün çox dua etdiyini deyib. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti Macarıstan mətbuatına istinadən məlumat yayıb.

“Bu (Ərdoğanın seçkilərdəki qələbəsi - red.) böyük rahatlıqdır. Düzünü desəm, mən təkcə prezidentin qələbəsini dəstəkləmədim, onun üçün güclü və çox dua etdim. Əgər o, qalib gəlməsəydi, bu bir faciə olacaqdı”, - Orban bildirib.
Onun fikrincə, əgər Türkiyədə keçirilən prezident seçkilərində “Corc Sorosun adamı” qalib gəlsəydi, bu, Avropaya qaçqın axınının birdən-birə iki-üç milyon artması demək idi, həm də Rusiya neftinin Macarıstan və Serbiyaya tranzitini çətinləşdirəcəkdi”.

Bundan əvvəl Viktor Orban Ərdoğanın andiçmə mərasimində iştirak edəcəyini açıqlayıb.

Akqabay