-
- 14-06-2019, 17:57
- 1 319
Azərbaycanlı Beynəlxalq Kiber İdman Federasiyasının İdarə Heyətinə ÜZV SEÇİLDİ
Kiber İdmanda geniş təcrübəyə malik Ramil Əliyev, 2013-cü ildən bu günə kimi Azərbaycan Kiber İdman Federasiyasının prezidentidir.
Məlumat üçün bildirək ki, Azərbaycan Kiber İdman Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 2014-cü ildə Bakı şəhərində 6-cı Dünya Kiber İdman Çempionatını uğurla həyata keçirib.
Gənclər və İdman Nazirliyindən News24.az-a verilən məlumata görə, İESF-in prezidenti Kolin Vebster Ramil Əliyevin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı bildirib: "Ramil Əliyevin, onun təcrübəsi və təfərrüatlara ətraflı diqqəti ilə, İESF-in İdarə heyəti üçün çox faydalı olacağı şübhəsizdir. Mən, bütün digər İdarə heyətinin üzvləri kimi, Ramil ilə iş birliyimizi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Beynəlxalq Kiber İdman Federasiyasının (IESF) mümkün qədər səmərəli işləməsi üçün İdarə Heyətinin bütün vakansiyalarının doldurulması vacibdir.
R.Əliyevin İdarə Heyətində üzvlüyü bu ilin dekabr ayına planlaşdırılan növbəti seçkilərə qədər etibarlıdır.