Röya Ayxandan təsirli paylaşım:
    • 21-09-2024, 14:30
    • 384

Röya Ayxandan təsirli paylaşım: "O barmaqlar daha mənim üçün çalmır"

Xalq artisti Röya Ayxan mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı paylaşım edib.

News24.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi illər əvvəl onunla birlikdə mahnı ifa etdiyi kadrları sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Xalq artisti görüntülərə yazdığı sözləri ilə hər kəsi kövrəldib:

"Əsəri məşq etdik, öyrəndik. Amma lentə almaq qismət olmadı. Çünki o barmaqlar bir daha mənim üçün çalmır. Bir gün balaca Nailə bu pianinonu mənim üçün yenidən açacaq. Buna əminəm!".

Xatırladaq ki, bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 3 il əvvəl, 2021-ci ilin yanvarında vəfat edib.