Nailə Mirməmmədli son mənzilə yola salındı - Fotolar+Video
    • 4-01-2021, 18:09
    • 1 010

Nailə Mirməmmədli son mənzilə yola salındı - Fotolar+Video

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli son mənzilə yola salınıb.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mərhum Qurd qapısı qəbiristanlığında həyat yoldaşı Hikmət Mirməmmədli və dənizdə boğularaq ölən oğlunun yanında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, incəsənət nümayəndələri iştirak edib.

Qeyd edək ki, N.Mirməmmədli bu gün 59 yaşında qəfil ürək tutmasından vəfat edib.