-
- 21-09-2024, 23:25
- 707
İrandan Ermənistana hərarətli təbrik: Tanrıdan diləyirik ki…
İran iki xalqın mənafeyinə uyğun olaraq bütün vasitələrlə Ermənistanla dostluq münasibətlərini daha da inkişaf etdirmək əzmindədir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözlər İran səfirliyinin Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubunda əksini tapıb.
Mesajda İranın Ermənistanın müstəqilliyini ilk tanıyanlardan biri olduğu vurğulanıb:
“Həmin vaxtdan iki ölkə arasında münasibətlər dinc yanaşı yaşama, qarşılıqlı hörmət və maraqların tanınması əsasında inkişaf etmişdir.
Biz Uca Tanrıdan şanlı Ermənistan xalqının və hökumətinin xoşbəxtliyi və firavanlığını diləyirik”.
Qeyd edək ki, Ermənistan bu gün Müstəqillik Gününü qeyd edir.