Mehriban Əliyevadan Elçibəyin xanımının ölümü ilə bağlı təqdirəlayiq addım
    • 15-06-2019, 11:14
    • 1 461

Mehriban Əliyevadan Elçibəyin xanımının ölümü ilə bağlı təqdirəlayiq addım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

News24.az-ın Report-az istinadla verdiyi xəbərə görə, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.