-
- 22-09-2024, 17:21
- 473
Topa zərbə vurmaq istədi, ayağı sındı
“Cenoa”nın ukraynalı yarımmüdafiəçisi Ruslan Malinovskinin ayağı sınıb.
News24.az qol.az-a istinadla xəbər verir ki, o, İtaliya çempionatının 5-ci turunun “Venesiya” ilə oyununda (0:2) topa zərbə endirmək istəyib. Bu vaxt o, yerə yıxılıb və ayağı sınıb.
Futbolçu xərəkdə meydandan çıxarılıb. O, bu gün əməliyyat olunacaq.
Qeyd edək ki, 31 yaşlı Malinovski 2024-cü ilin qışından “Cenoa”da çıxış edir.