Bakıda dəhşət: Qadın sevgilisini bıçaqladı
    • 23-09-2024, 07:46
    • 190

Bakıda dəhşət: Qadın sevgilisini bıçaqladı

Bakının Sabunçu rayonunda qadın kişini bıçaqlayıb.

News24.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, Xanlar yaşayış massivində 1978-ci il təvəllüdlü Quliyev Anar Arif oğlu yaşadığı evdə sevgilisi tərəfindən bıçaqlanıb.

O, qarnından iki bıçaq xəsarəti alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.