Tramp seçkilərdə uduzsa bu addımı atacaq
    • 23-09-2024, 09:43
    • 180

Tramp seçkilərdə uduzsa bu addımı atacaq

ABŞ-ın keçmiş prezidenti, hazırkı seçkilərdə də namizəd olan Donald Tramp jurnalist Şaril Atkissonun proqramında iştirak edib və seçki gündəmini dəyərləndirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, D.Tramp seçkilərdə uduzacağı təqdirdə 2028-ci il prezident seçkilərinə qatılmağı düşünüb-düşünməyəcəyi ilə bağlı sualı cavablandırıb.

"Xeyr, qatılmağı düşünmürəm. Yəqin ki, bura qədərdir. Amma ümid edirəm ki, uğur qazanacağıq". -deyə Donaıd Tramp bildirib. 

Teymur Məmmədov