Ukraynaya verilən pulları Avropadan alacam - Tramp söz verdi
    • 19-07-2023, 13:29
    • 229

Ukraynaya verilən pulları Avropadan alacam - Tramp söz verdi

ABŞ-ın sabiq prezidenti Donald Tramp söz verib ki, qarşıdan gələn seçkilərdə qalib gələrsə, Avropadan ABŞ-ın Ukraynaya dəstək üçün çəkdiyi xərclərin ödənilməsini tələb edəcək.

News24.az bu barədə xarici KİV-ə istinadla xəbər verir. 

Tramp qeyd edib ki, o, ABŞ-dan Ukraynaya göndərilən silah ehtiyatlarının bərpasına görə kompensasiya tələb edəcək. 

“Əslində bu, indi edilməli idi. Amma Bayden çox zəifdir və ona ümumiyyətlə hörmət edilmir”, - deyə Tramp bildirib. 

Trampın sözlərinə görə, Vaşinqton Kiyevə kömək üçün təxminən 200 milyard dollar vəsait ayırıb. Avropa isə bu məbləğin yalnız bir hissəsini xərcləyib.

Bundan əlavə, Tramp ABŞ ordusunda yaranmış təhlükəli vəziyyətə görə ABŞ administrasiyasını tənqid edib. O, Baydenin özünün tanıdığı könüllülərin, eləcə də, silahların çatışmazlığı probleminə işarə edib.

"Korrupsioner, səriştəsiz lider ölkəni üçüncü dünya müharibəsinə sürükləyir",-  deyən Tramp  seçkilərdə qalib gələcəyi təqdirdə Pentaqona "rekord maliyyə" ayıracağını vəd edib.

Arzu