Tramp seçkilərdə qalib gələrsə onu müşavir təyin edəcək
    • 30-05-2024, 13:26
    • 131

Tramp seçkilərdə qalib gələrsə onu müşavir təyin edəcək

Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə İlon Maskı müşavir təyin etmək istəyir.

News24.az xəbər verir ki, bu barədə Wall Street Journal-ı məlumat yayıb.

Qeyd edək ki, İlon Mask daha əvvəl ABŞ Demokratik Partiyasını “parçalanma və nifrət partiyası” adlandırmışdı.

“Donald Tramp və Elon Mask ehtimal olunan Respublikaçı namizəd Ağ Evə qayıdarsa, Tesla rəhbəri üçün mümkün məsləhətçi vəzifəni müzakirə ediblər”, – nəşr yazır.

Xatırladaq ki, Mask daha əvvəl qarşıdan gələn prezident seçkilərində Respublikaçıya səs verəcəyinə işarə etmişdi və medianın məlumatına görə, bu yaxınlarda digər həmfikir iş adamları ilə “Demokratik prezident Joe Biden üçün ikinci müddətə qarşı çıxmağın” ən yaxşı yollarını müzakirə edib.

Mehriban Mirzəzadə