3 avtomobil toqquşub: ölən və yaralılar var
    • 23-09-2024, 19:00
    • 218

3 avtomobil toqquşub: ölən və yaralılar var

Manisada Küvayi Milliyə küçəsində Həsən A.-nın idarə etdiyi avtomobil və Rıza S.-nin idarə etdiyi traktor toqquşub.

News24.az xəbər verir ki, toqquşmanın təsirindən yola çıxan traktorda olan sərnişinlərdən Ayşe Sağlık arxadan gələn Akın M.-nin idarə etdiyi avtomobil tərəfindən vurulub.

Xəbər üzərinə qəza yerinə çox sayda sağlamlıq və polis qrupları sövq edilib.

Qəza yerinə gələn sağlamlıq qrupları Ayşe Sağlıkın hadisə yerində öldüyünü müəyyən edib.

Yaralanan traktor sürücüsü Rıza S., avtomobil sürücüləri Akın M. və Həsən A., traktorda olan sərnişinlər Bahadır S, Əminə S, Cəlal K. və Ercan K. Saruhanlı Manisa şəhər mərkəzi xəstəxanalarına göndərilib.

Digər tərəfdən yaralılardan 2-nin həyati təhlükəsinin olduğu öyrənilib.

Qəza səbəbindən prospekt bir müddət nəqliyyata bağlanıb.

Məryəm İlhamqızı