İki avtomobil toqquşdu: ölənlər var
    • Bu gün, 18:04
    • 132

İki avtomobil toqquşdu: ölənlər var

Van-Erciş yolunun 60-cı kilometrliyində, Qocalar Evi ərazisində qəza baş verib.

News24.az xəbər verir ki, Ayşe Büyüktepenin idarə etdiyi 34 KEB 71 nömrəli avtomobil Erciş istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Yusuf İşgörün idarə etdiyi 65 ACJ 420 nömrəli avtomobillə  toqquşub.

Qəzada hər iki avtomobildə olan Mustafa İşgör və Emine Büyüktepe həyatını itirib, 2-si ağır olmaqla 4 nəfər yaralanıb. Yoldan keçən sürücülərin xəbəri üzərinə Muradiye mahalından qəza yerinə polis, xilasetmə və UMKE qrupları sövq edilib. 

Polis yolda tədbir görərkən, yaralılar Muradiye Dövlət Xəstəxanasına aparılıb.

Ölən 2 nəfərin cəsədinin yarılma əməliyyatları üçün Vana aparılacağı bildirilərkən, qəza ilə bağlı araşdırma başladılıb.

Məryəm İlhamqızı