Avtomobil traktorla TOQQUŞDU - ÖLƏN VƏ YARALILAR VAR
    • 12-08-2024, 12:30
    • 311

Avtomobil traktorla TOQQUŞDU - ÖLƏN VƏ YARALILAR VAR

Türkiyənin Balıkesir şəhərində avtomobilin traktora çırpılması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

News24.az xəbər verir ki, Umurlar səmtində hələ nömrələri məlum olmayan Rehmi Kayanın idarə etdiyi avtomobil Berkay Böcekin idarə etdiyi traktoru arxadan vurub.

Qəzada avtomobil sürücüsü Rehmi Kayanın həyat yoldaşı Zekiye Kaya hadisə yerində dünyasını dəyişib. Hər iki nəqliyyat vasitəsinin sürücüləri və avtomobildə olan Rehmi Kayanın oğlu Tolgahan Kaya xəsarət alıb.

Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən Dursunbey Dövlət Xəstəxanasına çatdırılan yaralılardan Tolgahan və Rehmi Kayanın həyati təhlükəsinin olduğu öyrənilib.

Məryəm İlhamqızı