Bayden xəbərdarlığını etdi:
    • 28-10-2023, 11:29
    • 182

Bayden xəbərdarlığını etdi: "İlk zərbə idi, gələcək təhdidlərdə.."

“Mən zərbələri şəxsi heyətimizi qorumaq və müdafiə etmək, ABŞ və tərəfdaşlarımıza qarşı davam edən silsilə hücumları pozmaq, İran və onun tərəfindən dəstəklənən qruplaşmaları ABŞ personalı və obyektlərinə növbəti hücumlar etməkdən çəkindirmək üçün istiqamətləndirmişəm. ABŞ gələcək təhdidlərə və ya hücumlara cavab verməkdən ötrü zəruri və lazımi tədbirlər görməyə hazırdır”.

News24.az xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Co Bayden deyib.

Bayden bu barədə Yaxın Şərqdə Amerika qüvvələrinə qarşı silsilə hücumlardan sonra Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli bir neçə hərbi obyektə zərbələr endirilməsi əmrindən sonra Konqres liderlərinə göndərdiyi məktubda bildirib.

Qeyd edək ki, ötən gün ABŞ prezidentinin əmrindən sonra Suriyada SEPAH-la əlaqəli bir neçə hərbi obyektə zərbə endirilib.

Ayşən