79 yaşlı məşhur müğənni üçüncü dəfə evləndi
    • 23-09-2024, 12:25
    • 246

79 yaşlı məşhur müğənni üçüncü dəfə evləndi

Məşhur musiqiçi, İsveçin əfsanəvi “ABBA” qrupunun üzvü Byorn Ulvaeus ailə həyatı qurub.

News24.az Lent.az-a istinadən bildirir ki, 79 yaşlı müğənni bu xəbəri öz "Instagram" səhifəsində paylaşıb.

Onun xanımı Kristina Sas müğənnidən 28 yaş kiçikdir.

Cütlüyün toyu Almaniyada baş tutub.