Payızda sağlam qalmaq üçün bunları EDİN - Həkimdən məsləhət
    • 23-09-2024, 13:09
    • 482

Payızda sağlam qalmaq üçün bunları EDİN - Həkimdən məsləhət

Dünən Azərbaycana payız fəsli daxil olub. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib. Bununla da Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.

Bəs, mövsüm dəyişikliyi zamanı yarana biləcək xəstəliklərdən necə qorunmalı və payız aylarında hansı vitaminlər qəbul edilməlidir?

Məsələ ilə bağlı News24.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, vitaminlər və mikroelementlər hazırda yay vaxtı olan qidalarda da çatışmır. Buna  görə də, orqanizmin tələbatından asılı olaraq müxtəlif vitaminlər daimi olaraq qəbul edilməlidir:

"Onu da bildirim ki, vitaminlər və s. həkim nəzarəti ilə qəbul edilməlidir. Digər tərəfdən, vitaminlərin, mikroelkementlərin mütəmadi olaraq orqanizmə qəbulu çox ciddi məsələdir. Fikrimcə, payız aylarında insanlar geyim formalarına fikir verib, soyuqdəymədən qorunmalıdırlar".

Özünüzü xəstəliklərdən qorumaq üçün 10 məsləhəti də təqdim edirik:

  1. Qrip və pnevmoniyaya qarşı peyvənd payızın əvvəlində aparılmalıdır
  2. Əlləri tez-tez yumaq lazımdır
  3. Keyfiyyətli yuxu rejimi təmin edilməlidir
  4. Çölə çıxarkən üşüməmək və tərləməmək üçün qat-qat geyinməlisiniz
  5. Qrip və ya soyuqdəymə olan insanlardan çəkinmək lazımdır.
  6. Tez-tez toxunulan əşyalar daim təmizlənməlidir
  7. İnsanların uzun müddət qaldıqları evlər və iş yerləri kimi mühitlər havalandırılmalıdır
  8. Sağlam qidalanmaya diqqət yetirilməlidir
  9. Mümkün qədər sıxlıq mühitlərdən qaçınmaq lazımdır
  10. Lazım gələrsə, həkim nəzarəti altında vitamin əlavələri qəbul edilməlidir.

Günel Məlikzadə