Milli Qurtuluş Günü  Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib fotolar
    • 15-06-2019, 18:06
    • 963

Milli Qurtuluş Günü Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib fotolar

15 iyun - Azərbaycan Xalqının Milli Qurtuluş günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, plana əsasən, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, “dəyirmi masa”lar, viktorinalar eləcə də Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.