Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda TƏDBİRLƏR KEÇİRİLİR - FOTO
    • 13-06-2019, 18:29
    • 816

Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda TƏDBİRLƏR KEÇİRİLİR - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Milli Qurtuluş Gününün 26-cı ildönümünə həsr olunan növbəti tədbir H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunub.

Məktəb rəisinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat üzrə müavini polkovnik Emin Səfərov Milli Qurtuluş Gününə dair geniş məruzə ilə çıxış edərək bu tarixi günün əhəmiyyətindən və Ulu Öndərin çoxşaxəli fəaliyyətindən danışıb.

Sonra şəxsi heyətə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı haqqında film təqdim olunub.  
Tədbir konsert proqramı ilə davam edib.