6 yaşında qızı 29 yaşlı kişi ilə evləndirdilər.. - QƏRAR VERİLDİ
    • 23-09-2024, 14:11
    • 409

6 yaşında qızı 29 yaşlı kişi ilə evləndirdilər.. - QƏRAR VERİLDİ

İstanbulda 6 yaşında ailə quran gənc qadının məhkəməsi Türkiyə gündəmini zəbt edib. 

Yusuf Ziya Gümüşelin qızı H.K.G. 6 yaşında evləndirildiyini deyərək, atasından və keçmiş həyat yoldaşından şikayət edib. 

News24.az NTV-yə istinadən xəbər verir ki, 29 yaşında 6 yaşlı H.K.G. ilə evlənən keçmiş həyat yoldaşı Kadir İstekli üçün 67 il 10 ay 15 gün həbs, ata və ana üçün isə 22 il 6 ay həbs cəzası istənilib.

Türkiyənin izlədiyi işdə isə hökmlər tək bir cinayətə görə cəzalandırıldıqları üçün apellyasiya məhkəməsi tərəfindən ləğv edilib, müttəhimlər yenidən mühakimə olunub.

Qərar verilib

Əvvəlki iclasda da fikirlərini təkrarlayan dövlət ittihamçısı Kadir İsteklinin “uşağa zəncirvari cinsi istismar” və “həyat yoldaşına zəncirvari cinsi təcavüz” cinayətlərinə görə 52 il 6 aya qədər həbs cəzası istəyib. Ata Yusuf Ziya Gümüşelin "uşağa zəncirvari cinsi istismar" cinayətindən 47 il 3 aya qədər həbs cəzası istəndiyi görüşdə, qaçaq ana Fatimə Gümüşelin dosyesinin ayrılması istənilib.

Nəhayət, çoxdan gözlənilən iş üzrə qərar açıqlanıb. Kadir İstekli "uşağa zəncirvari cinsi istismar" maddəsi ilə 21 il, "vasitəli cinsi təcavüz" maddəsi ilə isə 15 il həbs cəzası alıb. Ata Yusuf Ziya Gümüşel "uşağa zəncirvari cinsi istismar" ittihamı ilə 18 il 9 ay həbs cəzasına məhkum edilib. Qaçaq ana Fatimə Gümüşel haqqında isə həbs qərarı çıxarılıb.

Günel Məlikzadə