Ev sahibi 16 illik kirayəçisini öldürdü
    • 23-09-2024, 14:37
    • 253

Ev sahibi 16 illik kirayəçisini öldürdü

İstanbulda kirayə haqqının artırılması ilə bağlı mübahisədən sonra ev sahibi 16 ildir kirayəçisi olan Hüseyn Asarı tapança ilə vurub.

News24.az xəbər verir ki, kirayəçini ev sahibi 15 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İstanbul 39-cu Ağır Cəza Məhkəməsində keçirilən prosesdə saxlanılan müttəhim Ərtoğrul Öztunç və vəkili iştirak edib. İşə qərar verəcəyini açıqlayan məhkəmə heyəti təqsirləndirilən şəxsdən son sözlərini istəyib.

Təqsirləndirilən Öztunç zərərçəkmiş Hüseyn Asarla ailə kimi olduqlarını ifadə edərək, "Belə xoşagəlməz hadisənin baş verməsindən təəssüflənirəm. Belə bir hadisənin olmasını istəmirdik" dedi.

Məhkəmə kollegiyası “haqsız təxribatla qəsdən adam öldürmə” ittihamı ilə 14 il 2 ay, sənədsiz silah saxlamaqdan isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilən müttəhim Öztunç barəsində həbs qətimkan tədbirinin davam etdirilməsinə qərar verib.

Günel Məlikzadə