İşçi avtobusu aşdı: yaralılar var
    • 23-09-2024, 21:34
    • 176

İşçi avtobusu aşdı: yaralılar var

Bursada İnegöl Hamzabey Mütəşəkkil Sənaye Bölgəsində Mövlud Karakurtun idarəçiliyində olan işçi avtobusu aşıb.

News24.az xəbər verir ki, qəzada sürücü Karakurt və nəqliyyat vasitəsində olan 12 işçi yaralanıb.

Ətrafdakıların xəbəri üzərinə qəza yerinə polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.

Bölgəyə gələn sağlamlıq qrupları tərəfindən ətraf xəstəxanalara çatdırılan yaralıların sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Məryəm İlhamqızı