Köpək balığı qadına HÜCUM ETDİ: Dəhşətli ANLAR...
    • 23-09-2024, 16:02
    • 150

Köpək balığı qadına HÜCUM ETDİ: Dəhşətli ANLAR...

İyun ayında Virciniyadan olan 45 yaşlı Yelizabet Foley ailəsi ilə birlikdə Floridaya istirahətə yollanıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın sahilə yaxın ərazidə çimərkən köpək balığı ona hücum edib.

Yırtıcı balıq qadının qarnından və əlindən dişləyib. Xəstəxanaya aparılan Yelizabet 19 əməliyyat keçirib. 

O, həmin anları belə xatırlayır: “Arxaya baxdım, böyük və qara kütlə gördüm. Bunun nə ola biləcəyini düşündüm. Çox istəyirdim ki, qaçım və sahilə üzüm. Bu zaman o, məni ayaqlarımın arasından tutdu. Təpikləməyə və qışqırmağa başladım”. 

Köpək balığının hücumundan sonra qadın nəinki qolunu itirib, hətta çanaq sümüklərinə də ciddi ziyan dəyib. O, iki ay xəstəxanada müalicə alıb və orada çoxsaylı əməliyyatlar keçirib. 

Teymur Məmmədov