-
- 16-06-2019, 13:12
- 1 489
Azərbaycanlı qadınları otellərdə satan Arifədən YENİ XƏBƏR
Azərbaycanlı qadınları xaricə apararaq fahişəliyə cəlb etdiyi üçün tutularaq məsuliyyətə cəlb edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci, yəni, insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə maddəsi ilə ittiham edilərək azadlıqdan məhrum edilən Abbaszadə Arifə Zamanxan qızı barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.
Müraciətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Arifə Abbaszadə Azərbaycan vətəndaşı olan qadını aldadaraq Türkiyəyə aparıb. O, qadınları Türkiyədə dayə, xadimə və digər bu kimi işlərlə təmin edəcəyinə vəd verib. Lakin qadınları otellərə yerləşdirəndən sonra onların ümumvətəndaşlıq sənədlərini əllərindən alıb. Sonra da qadınları ayrı-ayrı ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürüb.
Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.
Zərərçəkmişlərin şikayəti əsasında Arifə Abbaszadənin barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq dövründə və birinci instansiya məhkəməsi dövründə Arifə Abbaszadənin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arifə Abbaszadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalındaca həbs edilib.