-
- 23-09-2024, 23:12
- 712
“Əvvəlki illərdən fərqli olaraq bu payız...” - XƏBƏRDARLIQ
Payız fəsli ölkəmizə daxil olub. İlin birinci yarısı, xüsusən də yay fəsli dəyişkən keçdi deyə bilərik. İsti, sərin, küləkli, yağışlı, dumanlı havalar bir-birini əvəz etdi. Payız bir çoxunun sevimli fəsli olsa da qarşıdakı aylarda havaların necə keçəcəyi çoxlarını maraqlandıran sualdır.
Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, son illərdə Azərbaycanda hər fəsil gözlənilməz hava şəraiti ilə yadda qalır:
“Havalar dəyişkən keçir. Bakı şəhəri də ilboyu havaların qeyri-sabit keçdiyi şəhərdir. Əvvəlcədən proqnoz vermək çətindir, amma gözləntilər belədir ki, yağıntıların miqdarı artacaq. Əvvəlki illərdən fərqli olaraq bu ilin payızı daha yağışlı keçə bilər. Ümumiyyətlə havanın necə keçəcəyini qışın başlanğıcında bilmək olar, keçid fəsillərdə bunu bilmək çətindir. Qış başlayandan sonra hava proqnozları da dəqiqləşəcək, hələ ki doğru proqnoz vermək bir qədər mümkünsüzdür”.