Əsəd Suriyada yeni hökumət QURDU
    • 23-09-2024, 17:21
    • 243

Əsəd Suriyada yeni hökumət QURDU

Prezident Bəşər Əsəd Suriya hökumətini yeniləyib və Xarici İşlər Nazirliyinin yeni rəhbərini təyin edib. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti Əsədin ofisinə istinadən məlumat yayıb.

“Prezident Bəşər Əsəd Məhəmməd Qazi Əl-Cəlalinin rəhbərliyi altında yeni hökumətin yaradılması haqqında fərman imzalayıb”, – Suriya prezidentinin ofisindən bildirilib.

Məhəmməd Qazi əl-Cəlali əvvəllər Rabitə və Texnologiyalar Nazirliyinə rəhbərlik edib və bir sıra digər əsas nazirliklər də dəyişib. 

Feysəl Mikdadın yerinə onun müavini Bassam Sabbagh Xarici İşlər Naziri olub.

Məryəm İlhamqızı