Evi kirayə verənlərin nəzərinə: Bu şəxslər cərimə oluna bilər
    • 23-09-2024, 21:33
    • 3 096

Evi kirayə verənlərin nəzərinə: Bu şəxslər cərimə oluna bilər


Qarabağ ərazisində evlərin kirayə verilməsi müzakirələrə səbəb olub. Bəzi ekspertlər iddia edir ki, həmin evlər qanunla kirayə verilə bilməz.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki, işğaldan azad edilən ərazilərdəki evlər kirayə verilə bilməz.

Onun sözlərinə görə, sosial evlər dövlət mülkiyyətində olur və məqsədli təyinatı odur ki, imtiyazı olan şəxs orda yaşasın:

“Dövlətin insanları Qarabağda məskunlaşdırma siyasəti və məqsədi var. Bu evlər dağılan evlərin əvəzinə kompensasiya məqsədi ilə verilmiir 

Elə olsa hər kəsə ev verilərdi. Bu evlər ora köçmək istəyənlərə verilir. Bir məcburi köçkün ilin 11 ayını orada yaşayıb, 1 ayını kirayə versə, problem olmaz. Amma özü yaşamayıb, həmin mənzili sahibkarlıq məqsədi ilə istifadə edərsə, təyinatına zidd istifadə etmiş olar. Nəticədə sosial kirayəsinin ləğvi mümkündür. Digər tərəfdən də kirayə verilirsə, əldə olunan gəlirdən vergi tələb oluna və cərimə edilə bilərlər”.

Qeyd edək ki, Qarabağda, xüsusən də Laçın və Şuşada evlərin günlük 100-200, aylıq 3-5 min manat aralığında kirayə verildiyi iddia olunur.