Aparıcı Zaur Kamal oğluna bahalı maşın alacaq
    • 24-09-2024, 09:01
    • 304

Aparıcı Zaur Kamal oğluna bahalı maşın alacaq

Aparıcı Zaur Kamal bu il tələbə adını qazanan oğlu Bartu üçün canlı yayımda hədiyyə seçib.

News24.az xəbər verir ki, "Həmin Zaur" verilişində monitorda hədiyyələrə nümayiş olunarkən Bartu stop deyib və onun bəxtinə "BMW" markalı avtomobil düşüb. Aparıcının övladı bunun arzuladığı maşın olduğunu bildirib.

Zaur isə övladının seçimindən sonra "Bartu, bahadır. Yaşın hələ 17-dir. Sürücülük vəsiqəsini 18 yaşda verirlər. Atanın maşını da kreditdədir. Saxlayaq gələn ilə. Birinci kursu bitir, ikinci kursda alacağam. Dediyimi milyonlarla tamaşaçı da eşitdi" sözlərini deyib.

Qeyd edək ki, Bartu bu il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Zaur bu mövsüm verilişi övladı ilə birlikdə aparır. (Axşam.az)