Çin ballistik raket sınaqdan keçirtdi
    • 25-09-2024, 09:45
    • 204

Çin ballistik raket sınaqdan keçirtdi

Çin sınaq məqsədilə Sakit Okeana qitələrarası ballistik raket (ICBM) atdığını bildirib.

Çin Müdafiə Nazirliyindən verilən açıqlamada saxta döyüş başlığı daşıyan raketin Sakit Okean sahillərində təyin olunmuş əraziyə düşdüyü bildirilib.

News24.az xəbər verir ki, açıqlamada sınaq buraxılışının Çin ordusunun illik təlim planında rutin bir fəaliyyət olduğu və bunun beynəlxalq hüquq, təcrübələrə uyğun olaraq həyata keçirildiyi, heç bir ölkəni hədəf almadığı bildirilib.

Açıqlamada raketin düşdüyü okeanda dəqiq ərazi barədə məlumat verilməyib.

5500 kilometrdən çox mənzilli ballistik raketlər "qitələrarası" kimi müəyyən edilir. Çinin bu günə qədərki ən təkmil qitələrarası ballistik raketi

"Dongfing (şərq küləyi) 41" (DF-41) raketi 12 mindən 15 min kilometrə qədər uçuş məsafəsinə malikdir.

Çin ilk dəfə 1980-ci ildə sınaq üçün Cənubi Sakit okeana qitələrarası ballistik raket buraxıb.

Günel Məlikzadə