Fransa yeni qitələrarası ballistik raketi sınaqdan keçirib
    • 19-11-2023, 13:30
    • 206

Fransa yeni qitələrarası ballistik raketi sınaqdan keçirib

Fransa yeni “M51.3” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.

News24.az apa-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.

“Silahlı qüvvələr naziri Sebastien Lekornu “M51.3” qitələrarası ballistik raketin nüvə yükü olmadan uğurla sınaqdan keçirildiyini bildirir”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, sınaqlar raketin modernləşdirilməsi işinin effektivliyini təsdiqləyib.

Nazirliyin məlumatına görə, raketin təlim döyüş başlığı Şimali Atlantikaya “sahildən yüzlərlə kilometr aralıda” düşüb.