-
- 25-09-2024, 16:59
- 181
Baş nazirə təhdid məktubu – İçərisində güllə olan zərf göndərdilər
Sentyabrın 25-də səhər Slovakiyanın baş naziri Robert Fitsoya içərisində güllə olan zərf göndərilib.
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu barədə ölkədə yayımlanan aktuality.sk nəşri məlumat yayıb. Bu məlumatı Slovakiya hökumətinin mətbuat xidməti də təsdiqləyib.
Nəşr qeyd edib ki, alınan zərf hazırda Slovakiyanın Rəsmi şəxslərin və Diplomatik Nümayəndəliklərin Müdafiəsi Departamentinin əməkdaşları tərəfindən yoxlanılır.
Xatırladaq ki, mayın 15-də Slovakiyanın Gandlova şəhərində hökumət iclasından sonra baş nazir Robert Fitsonun həyatına qəsd edilib. Hadisədən sonra əvvəlcə yaralı baş nazirin sağ qalıb-qalmaması şübhələri yaranıb.
Hücum edənin 71 yaşlı Juraj Tsintula olduğu üzə çıxıb. Dindirmə zamanı o, Fitsonu öldürmək istəmədiyini iddia edib.
Avqust ayında Slovakiyada saxta tapança ilə ölkənin Daxili İşlər Nazirliyinin rəisi Matus Şutai Eştoku nişan alan şəxsə qarşı cinayət işi açılıb.