Prezident Slovakiya Baş nazirinə sui-qəsdi qınayıb
    • 15-05-2024, 22:46
    • 350

Prezident Slovakiya Baş nazirinə sui-qəsdi qınayıb


Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdlə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, dövlət başçısı “X” səhifəsindəki paylaşımda bildirib:

“Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı arzulayıram”.