Yeni qanun: Trans şəxslər uşaq sahibi ola bilməyəcəklər
    • 25-09-2024, 17:35
    • 208

Yeni qanun: Trans şəxslər uşaq sahibi ola bilməyəcəklər

Rusiya parlamenti cinsiyyətinin dəyişdirilməsinə icazə verən ölkələrin vətəndaşlarına rus uşaqlarını övladlığa götürməyi qadağan edən qanun layihəsinə ilk dəstəyini verib. 

News24.az xəbər verir ki, qanun layihəsinin “ənənəvi dəyərləri” qorumaq üçün zəruri olduğunu müdafiə edilib.

Keçən il Rusiya hökuməti LGBT fərdlərini hədəf alan qanunlar, o cümlədən insanların cinsiyyətini qanuni və ya tibbi olaraq dəyişdirməsinə qadağa qoyub. 

Rusiya Federasiyası LGBT insanların toplaşdığı yerləri də qadağan edib.

Artıq hökumət tərəfindən konseptual olaraq təsdiq edilmiş övladlığa götürmə qanunu parlamentin aşağı palatası olan Dövlət Dumasında keçirilən üç oxunuşdan birincisində səs çoxluğu toplayıb.

Qanun layihəsini hazırlayanlar məqsədini NATO hərbi alyansının üzvü olan bəzi ölkələrdə övladlığa götürülmüş rus uşaqlarının “təhlükəli şəraitdən” qorunmasına yönəlmiş tədbir kimi təsvir ediblər.

Dumanın spikeri və prezident Vladimir Putinin yaxın müttəfiqi Vyaçeslav Volodin qətnamənin səsverməsindən sonra verdiyi açıqlamada bunun “uşaqları və ənənəvi dəyərləri qorumaq” məqsədi daşıdığını bildirib.

Volodin açıqlamasına davam edərək, "Uşaqlarımızı cinsiyyətini dəyişdirməyə icazə verilən xarici vətəndaşlardan və bu ölkələrdə qarşılaşa biləcəkləri təhlükələrdən qorumalıyıq" deyib.

Məryəm İlhamqızı