LGBT fəalları Mexikoda konqres binasına basqın ediblər
    • 22-02-2023, 09:08
    • 145

LGBT fəalları Mexikoda konqres binasına basqın ediblər

Mexikoda LGBT icmasının bir qrup nümayəndəsi azyaşlıların cinsiyyətinin dəyişdirilməsinə icazə verilməsi tələbi ilə konqres binasında iğtişaş törədib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə fevralın 21-də baş verib və buna görə plenar iclas dayandırılıb.

Etirazçılar müxalif deputatın yetkinlik yaşına çatmayan meksikalılara cinsiyyətinin dəyişdirilməsini, hormon terapiyasını qadağan etməyi və bu cür xidmətlər göstərən həkimlərin həbsxanaya göndərilməsini təklif edən qanun layihəsinə qarşı çıxıblar.

Nümayiş zamanı nümayişçilər şüşələri sındırarıb, binanı rəngləyiblər. 

Qeyd edək ki, hazırda Meksika qanunvericiliyində cinsiyyətin tibbi və ya cərrahi prosedurlarla dəyişdirilməsi üçün yaş məhdudiyyəti yoxdur.

Teymur MƏMMƏDOV