"Qarabağ"ın rəqiblərindən fərqli nəticələr
    • Dünən, 07:53
    • 116

"Qarabağ"ın rəqiblərindən fərqli nəticələr

Avropa Liqasının 2024/2025 mövsümünə "Qarabağ"ın rəqiblərinin oyunları ilə start verilib.

"Elfsborq" səfərdə uduzub, "Bodo-Qlimt" evdə qalib gəlib.

İsveç təmsilçisi Niderlandda "Alkmaar"ın qonağı olub. Hesabı qonaqlar açsalar da, sonradan meydan sahibləri oyunda dönüş yaradıblar - 3:2.

"Bodo-Qlimt" isə öz meydanında güclü "Porto"ya qalib gəlib. Bu qarşılaşmada da 3:2 hesabı qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan çempionu 4-cü turda “Bodo Qlimt"la (7 noyabr), VI turda “Elfsborq”la (11 dekabr) qarşılaşacaq. Hər iki oyun səfərdə baş tutacaq.\\İdman.biz