-
- 15-04-2022, 01:19
- 488
Konfrans Liqası: Yarımfinala yüksələn bütün komandalar məlum oldu
UEFA Konfrans Liqasında yarımfinalın bütün iştirakçıları bəlli olub.
"Report"un məlumatına görə, İngiltərə "Lester"indən sonra Fransanın "Marsel", Niderlandın "Feyenoord" və İtaliyanın "Roma" klubları mərhələ adlayıblar.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalın cavab matçında Yunanıstanda PAOK-la üz-üzə gəlib. Minimal hesablı qələbə qazanan Marsel şəhərinin eyniadlı təmsilçisi yarımfinala yüksəlib. Yeganə qolu 34-cü dəqiqədə Dmitri Payet vurub. Fransa klubu ilk görüşdə də rəqibini məğlub etmişdi.
"Roma"evdə Norveçin "Budyo Qlimt" klubunu sınağa çəkib. İlk oyunda 1:2 hesabı ilə uduzan "canavarlar" məğlubiyyətin əvəzini 4 cavabsız qolla çıxıblar.
"Feyenoord" isə Çexiyada Praqa "Slaviya"sına 2:1 hesabı ilə qalib gəlib. Niderlanddakı qarşılaşmada heç-heçə qeydə alınmışdı.
Beləliklə, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də baş tutacaq.
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2
Qollar: Eran Zahavi, 27 - Ceyms Meddison, 77. Rikardu Pereyra, 88
İlk oyun - 0:0
23:00. "Slaviya" Praqa (Çexiya) - "Feyenoord" (Niderland) - 1:3
Qollar: İbrahim Traore, 14 - Siril Dessers, 2; 59. Luis Sinisterra, 78
Qırmızı vərəqə: Taras Kaçaraba, 90+4 ("Slaviya")
İlk oyun - 3:3
23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1
Qol: Dmitri Payet, 34
İlk oyun - 1:2
23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 4:0
Qollar: Temmi Abraham, 5. Nikolo Dzanyolo, 23; 29; 49
İlk oyun - 1:2
/Report.az/